Azərbaycan Memarlıq və İnşaat Universitetində Akkord Sementin dəstəyi ilə qurulan sement və beton laboratoriyasının açılış mərasimi keçirilmişdir.

27  Dekabr 2016-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində Akkord Sementin dəstəyi ilə qurulan sement və beton sınaq laboratoriyasının açılış mərasimi keçirilmişdir.

Yeni qurulmuş laboratorya Universitet və Akkord Sement arasında birgə əməkdaşlığın nəticəsidir. Müasir  avadanlıqlarla təchiz olunmuş laboratoriyada sement və sement əsasında istehsal olunan tikinti materiallarının hərtərəfli sınaqlarının aparılması mümkün olacaq, inşaatda sement və beton sahəsində aparılacaq işlərinin keyfiyyətinin yüksəldilməsində yeni təkan rolunu oynayacaq. Eyni zamanda universitetin tələbələri və beton-sement sahəsində çalışan tədqiqatçılar üçün elmi təcrübələr aparmaq üçün daha geniş imkanlar yaranacak. Laboratoriyanın qurulmasında əsas məqsəd Universitetdə sement və beton ixtisasları üzrə istedadlı kadrların yetişdirilməsinə nail olmaq və gələcəkdə bu kardların şirkətin zavodlarında işlə təmin etməkdən ibarətdir.

Laboratoriyanın açılışında Universitetin rektoru, professor-müəllim heyəti, tələbələr, Akkord Sement nümayəndələri və bir sıra tikinti şirkətinin nümayəndələri iştirak etmişdir.

Açılışda çıxış edənlər bu laboratoriyanın Universitetin elmi texniki bazasını zənginləşdirməklə yanaşı,  ölkəmizdə həyata keçirilən böyük layihə işlərinin müvəffəqiyyətli keçirilməsində öz tövhəsini verməsinə əmin olduqlarını və laboratoriyanın hər zaman Universitet və Akkord Sementin diqqət və nəzarəti altında olacağını bildirdilər.

Bildiyiniz kimi Akkord Sement Respublikanın qərb regionununda fəaliyyət göstərən iri sement istehsalçılarından biridir və hazırki istehsal gücü ildə 1 milyon ton sement təşkil edir. Zavodun fəaliyyəti daim Cənab Prezidentin diqqət mərkəzində olmuşdur. Belə ki, Cənab Prezident zavodun təməlqoyma mərasimi, tikinti işlərinin gedişi ilə tanışlıq və zavodun rəsmi açılış mərasimi nəzərə alınmaqla 3 dəfə zavodumuzda səfərdə olmuş, müvafiq tövsiyyə və göstərişlər vermişdir. Zavod 2013-cü ilin  aprel ayında  sement istehsalına, 2014-cü ilin avqust ayında isə klinker istehsalına başlanmışdır.  Şirkət hazırda sulfatadavamlı sement, həmçinin qalaq və kisə şəklində müxtəlif növ sement məhsulları istehsal edir. Zavod 2015 və 2016-cı ildə istehsal etdiyi məhsulların keyfiyyəti ilə yüksək müştəri məmnuniyyətinə  və 28%-dək bazar payına nail olmuşdur. 

Az.Resp-n Prezidenti möhtərəm İ.Əliyevin ixracın təşviqi ilə bağlı imzaladığı sərəncama əsasən Akkord Sement xarici bazara ixracatı potensialı daha da artaraq 2016-cı il üçün 50 %-ə qədər xarici valyuta daxilolmalarının artıtılmasına və növbəti illərdə bu daxilolmaların 80 %-ə çatdırılmasını həyata keçirəcək.

Şirkətin əsas məqsədi Azərbaycanda və bütövlükdə regional miqyasda tikinti sektorunun aparıcı qüvvəsi olmaq və ölkənin milli rifahına öz töhfəsini verməkdir.