Akkord Sement regionlarda Dilerlərlə göruşdü

Akkord Sement 2016-cı ilin Noyabr- Dekabr Aylarında müştərilərlə Respublikanın (Tovuz, Gəncə, Lənkəran, Qax, Qəbələ, Xaçmaz) bölgələrində tədbirlər keçirmişdir. Tədbirlərdə müştərilərlə müxtəlif məsələlər daha geniş müzakirə olunmuş, suallar cavablandırılmış, o cümlədən sementin satışı və istifadə sahəsində zəruri tövsiyyələr verilmişdir.Tədbirdə zavodun 2015-2016-ci illərdə əldə etdiyi nailiyyətlər, gələcək planlar, məhsullar, layihələr barədə məlumatlar verilmiş, dilerlərlə bazar, məhsullar və s. barədə müzakirələr aparılmışdır. 

Bu tədbirlərdə eyni zamanda istehsal olunan məhsullar və şirkətin il ərzində əldə nailiyyətlər badərə də məlumat verilmişdir. Tədbirin sonunda satışlarda fərqlənən dilerlərə müxtəlif hədiyyələr də təqdim edilmişdir.