XOCALI SOYQIRIMI - 20-Cİ ƏSR-in FACİYƏSİ


1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.
Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. 
Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
Uşaqlar- 63 nəfər; 
Qadınlar- 106 nəfər; 
Qocalar - 70 nəfər.
8 ailə tamamilə məhv edilmişdir.
25 uşaq hər iki valideynini itirmişdir.
130 uşaq valideynlərindən birini itirmişdir
487 nəfər yaralanmışdır, onlardan:
Uşaqlar - 76 nəfər;