Ətraf mühitin qorunması

 

Ətraf mühitimizi qorumaq , bütün insanları qorumaqdır!

 

Toz çirklənməsi

İstehsal zamanı tozun azaldılması üçün toztutucu avadanlıqlardan, daşınma zamanı örtük növlü daşıyıcılardan  istifadə edilir. Zavodun bütün boşaltma nöqtələri yüksək keyfiyyətli toz toplayıclarla təchiz olunub. Sobanın çıxışında tozun miqdarı çox olduğu üçün elektrikli çöktürücüdən istifadə olunur .  Zavodda  41 ədəd  toz toplayıcı qurğudan istifadə olunub. Toztutucular tozun  99 % azaldılmasına köməklik etməktədir.

Səsin azaldılması

Az səsli avadanlıqlardan istifadə olunur, bəzi avadanlıqlara səsboğan və səs izoliyasiya edən quraşdırılmışdır. Titrəmə nəticəsində çıxan səs izoliyasiya vasitəsiylə azaldılır. Mərkəzi operator otağında ikiqatlı şüşələr, səs izoliyasiya edən qurğular quraşdırılmışdır. Səsin ətrafa təsirini azaltmaq üçün maksimum dərəcədə tədbirlər görülüb.

Təmizləyici qurğu

Zavodda çirkli suyu təmizləyən qurğudan istifadə edilir. Təmizləyici qurğu sutkalıq 100 m3 çirkli suyu təmizləyir.Tutulan maddələr çökdürmə yolu ilə tutulan asılqan maddələrdir. Təmizlənmiş su rüblük olaraq analiz edilir.

Canlıları qoruyaq

"HGC" GROUP MMC- də  canlıların qorunması, yaşıllıqların artırılması və Respublikamızın əhalisinin təmiz hava şəraitində yaşamaları üçün bir çox tədbirlər həyata keçirmişlər. Zavod ərazisində 100000 m2 –a yaxın əraziyə park və yaşıllıqlar salınmışdır.

 

ƏTRAF  MÜHİTİN  QORUNMASI  SİYASƏTİ

Siyasət

Qazax Sement Zavodu kollektivi ətraf mühitə və insanlara təsiri minimuma endirməklə bərabər eyni zamanda qəbul olunmuş tələblərə tam uyğun sement istehsal etməyi qarşılarına məqsəd qoymuşlar. Keyfiyyəti və ətraf mühiti idarə etmə sisteminin bir hissəsi kimi bütün proseslərin icrası üçün kriteriyalar işləyib hazırlanır, istehsal proseslərini daim təkmilləşdirmək məqsədi ilə texnoloji proseslərin parametrləri təhlil edilir.

Ətraf Mühit

Təbii ehtiyatlardan səmərəli istifadə edir, tullantıları minimuma endirir, mümkün qədər praktik şəkildə təkrar emalı təşkil edir, zərərli tullantıların miqdarını azaldaraq və imkan daxilində ətraf mühitə dair sağlam siyasətləri olan təchizatçılarla işləyirik. Ətraf mühitin idarə edilməsinin təkmilləşdirilməsi sahəsində məqsəd və hədəflərin müəyyən edilməsini, onların ardıcıl olaraq nəzərdən keçirilməsini təşkil edirik.