Satış sistemi

"HGC GROUP" MMC-nin satış sistemi birbaşa və distribüterlər vasitəsilə satış olmaq üzrə 2 hissəyə ayrılır.

 

Birbaşa satış:

Sementi öz istehsal/xidmət fəaliyyətində istifadə edən şirkətlər birbaşa müştərilər hesab olunur və onlar sementi zavoddan birbaşa almaq hüququna malikdirlər. Bu şirkətlərə aşağıdakılar daxildir:

- beton zavodları,

- hazır quru qarışıq və inşaat kimyasal yapışdırıcıları istehsal edən müəssisələr,

- beton və dəmir-beton elemenlər və beton məmulatlar istehsal edən müəssisələr,

- iri tikinti şirkətləri və sementi öz xidmət fəaliyyətində istifadə edən digər şirkətlər.

Belə şirkətlərlə alqı-satqı müqaviləsi imzalanır və qalaq və kisə sementin birbaşa satışı həyata keçirilir.  

 

 

Distribüterlər vasitəsilə satış:

"HGC GROUP" MMC-nin pərakəndə satış şəbəkəsində satışı həyata keçirmək üçün distribüterlik sistemindən istifadə edilir. Distribüterlər "HGC GROUP" MMC-nin kisə məhsullarının pərakəndə satış məntəqələrinə paylanması üçün seçilmiş şirkətlərdir və onlar sementi pərakəndə satış məntəqələrinə (dilerlərə), kiçik tikinti şirkətlərinə və fərdi tikintilərə paylamaqla qoyulmuş plan üzrə sementin satışına məsuliyyət daşıyırlar.

Yalnız distribüterlər Qazax Sement Zavodundan sement alıb-satmaq hüququna malikdirlər.

 

Onlayn sifariş

Sifaris