Kadr siyasəti

Müasir və dinamik inkişaf edən şirkət olaraq qarşımıza qoyduğumuz məqsədlərə çata bilmək üçün yüksək peşəkarlıqlı kadrların seçilməsinə üstünlük veririk. "HGC GROUP" MMC-nin kadr siyasətinə əsasən işçilərin 80-90%-i Qazax və qonşu rayonlardan seçilir. İşə müraciət edən şəxslər peşəkarlığına, üşgüzar və şəxsi keyfiyyətlərinə, təhsilinə görə  seçilir, müvafiq sorğu və qiymətləndirmədən sonra işə qəbul edilir. Kadrlarla işin səmərəliliyinin artırılması, onların iş qabiliyyətinin hərtərəfli öyrənilməsi, aparıcı və rəhbər vəzifələri əvəz etmək üçün əlavə olaraq təcrübəçilər işə götürülərək yetişdirilir. İşçilərin xidməti fəaliyyətlərini layiqli yerinə yetirməsi və iş peşəkarlıqlarının ölçülməsi nəticəsində onlara karyera yüksəlişi üçün uyğun şərait yaradılıb. Xüsusi təcrübə tələb edən sahələrə Çin, Türkiyə və Almaniyadan dəvət olunan mütəxəssislər cəlb edilir.

"HGC GROUP" MMC tərəfindən işçilərin əmək fəaliyyəti ərzində daimi olaraq nəzəri və təcrübi biliklərinin artırılması təmin edilir.  İstehsalat prosesində müntəzəm olaraq zəruri peşə kursları keçirilir. Nəzəri və peşə təcrübələrinin daha da artırılması üçün təlim planı çərçivəsində qrup şəklində işçilərdən mütəmadi olaraq Çin Xalq Respublikası və Türkiyədə fəaliyyət göstərən sement zavodlara göndərilməsi həyata keçirilir.