Əməyin Təhlükəsizliyi

"HGC GROUP" MMC–də istehsal prosesi zamanı əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə ciddi  riayət olunur. İşə yeni qəbul olunan işçilər vəzifəsindən, təhsilindən, iş təcrübəsindən aslı olmayaraq giriş təlimatı, iş yerində təlimat, ilkin təlimat və mütamadi olaraq  təkrar təlimatlandırmadan keçirilir, təlimatlandırma müvafiq jurnallarda qeyd edilir.

Təlimatlandırma  əyani  vəsaitlərlə təchiz olunmuş  SƏTƏMM  bölməsində və aidiyyatı istehsalat sahələrində aparılır. İşçilər işə qəbul edildikdən sonra işçi paltarı, Fərdi Mühafizə Vasitələri ilə təmin edilir və onlardan  istifadə qaydaları öyrədilir. Təhlükə potensiyalı sahələrdə təhlükə riskini qabaqlamaq üçün daima qabaqlayıcı tədbirlər görülür. Müəssisəmizdə rəhbər şəxslər və sahə rəisləri insanların  mənafeini digər mənafelərdən daim üstün tuturlar. Qəza hallarının baş verməməsi və  aradan qaldırılması ilə əlaqədar sağlam iş şəraitinin yaradılması üçün işçilərlə  mütamadi təlim məşq tədbirləri keçrilir. Zavod ərazisində lazımi yerlərdə əməyin təhlükəsizliyinə aid lövhələr yerləşdirilmiş, yanğın təhlükəsizliyi ilə əlaqədar ərazidə  yanğın şitləri quraşdırılmışdır. Daim təhlükəsizlik tələblərinə uyğun olaraq bütün yeniliklər zavodumuzda tətbiq olunur.