Keyfiyyətə nəzarət

Keyfiyyətə nəzarət kompleks şəkildə aparılır

"HGC" GROUP MMC keyfiyyətə kompleks nəzarət sistemi tətbiq edilir və bu proses İSO 9001:2008 Keyfiyyətin İdarəolunması Sistemi standartlarının tələblərinə cavab verəcək şəkildə təşkil edilmişdir. Keyfiyyətin idarəolunması həm istehsalat sahəsində xammal və hazır məhsullara, həm də digər sahələrdə olan proseslərə tətbiq edilir ki, bu da öz növbəsində müəssisənin fəaliyyətinin daimi olaraq təkmilləşməsinə gətirib çıxarır. Qeyd olunmalıdır ki, Qazax Sement Zavodunun fəaliyyəti həm İSO 9001:2008 Keyfiyyətin İdarəolunması Sistemi üzrə, həm də İSO 14001 (Ətraf Mühitin İdarəolunması Sistemi) və OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizliyinin İdarəolunması Sistemi) standartları üzrə sertifikatlaşdırılmışdır.

İstehsal edilən sement məhsullarının yüksək keyfiyyətini təmin etmək üçün xammalın, klinkerin, mineral əlavələrin və hazır məhsulun keyfiyyəti Qazax Sement Zavodunda yerləşmiş müasir texnologiyaya malik laboratoriyada müntəzəm olaraq yoxlanılır. Laboratoriya avadanlıqları Almaniya, Türkiyə, Fransa, İsveçrədən təchiz edilmişdir. Laboratoriyada gips, əhəng daşı, mergel, gil, vulkan külü, klinker və sement növlərinin kimyəvi, fiziki və mexaniki sınaqları həyata keçirilir. Laboratoriyada istifadə olunan cihazlar mütəmadi olaraq kalibrasiya və doğrulama edilir.

İstehsal olunan məhsulların keyfiyyətinin yoxlanılması prosesi AZS EN 196-1 standartlarının tələblərinə əsasən həyata keçirilir və müvafiq qeydiyyatlar aparılır.

Zavodunda istehsal olunan CEM II/A-P 42,5 R (Betonsem), CEM II/B-P 32,5 R (Mastersem), CEM II/B-M(P-L) 32,5 R (Unisem) və PPS-400 (Sulfasem) məhsulları üçün Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən müvafiq Uyğunluq Sertifikatları alınmışdır.